Belçikada hərbi baza yaxınlığında şübhəli cihaz aşkar edilib
Polşa, Rumıniya, Estoniya və Danimarkadan sonra Belçikanın gündəmini də dronlar məşğul edir. Leuven şəhərinə bağlı Heverlee qəsəbəsindəki hərbi baza yaxınlığında şübhəli bir cihazın fəaliyyətinin qeydə alındığı açıqlanıb.
Belçikanın fransızdilli ictimai yayım qurumu RTBF-in məlumatına görə, şübhəli cihazın fəaliyyəti yerli vaxtla saat 18:05 radələrində aşkar edilib.
Leuven polisinin sözçüsü Mark Vrankks “Bir çox məlumat aldıq və patrul qruplarımız bəzi işıqlar gördülər, lakin nə onlar, nə də federal polis helikopteri həmin obyektlə vizual təmas qura bildi. Helikopter hadisə yerinə çatanda obyekt artıq Namur istiqamətinə doğru uzaqlaşmışdı” deyib.
Vrankks əlavə edib ki, qruplar Heverlee qəsəbəsindəki hərbi baza yaxınlığında işıq hərəkəti qeydə alıblar, lakin sözügedən şübhəli cihazın nə olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

