Təyyarə qəzasından sağ çıxan yeganə şəxs: Hər gün əzab çəkirəm


Hindistanda 241 nəfərin həyatını itirdiyi təyyarə qəzasından sağ çıxan yeganə şəxs – Vişvaşkumar Rameş – həmin gündən bəri özünə gələ bilmədiyini deyib. Rameş dünyanın ən şanslı insanı olduğunu bildirsə də, hər gün əzab çəkdiyini söyləyib.

Hindistanda ötən ilin iyununda Air India şirkətinə məxsus Londona uçan təyyarə qalxışdan qısa müddət sonra qəzaya uğramışdı. Təyyarədə olan 241 nəfərdən yalnız biri, 39 yaşlı Vişvaşkumar Rameş sağ qalmışdı. Qəzanın ardından o, təyyarədən yeriyərək çıxmışdı.

BBC-yə açıqlama verən Rameş dünyanın ən şanslı insanı olduğunu desə də, həm fiziki, həm də mənəvi cəhətdən tükəndiyini bildirib. Böyük ağrılar keçirdiyini deyən Rameş qəza zamanı yalnız bir neçə oturacaq arxasında əyləşən qardaşı Ajayı itirdiyini söyləyib. Qardaşından danışarkən göz yaşlarını saxlaya bilməyən Rameş “Yalnız mən xilas oldum. Hələ də inana bilmirəm. Amma qardaşımı itirdim. O, mənim dayağım idi, hər zaman yanımda olub” deyib.

Qəzadan sonra İngiltərəyə qayıdan Rameş travmadan sonrakı stress pozuntusu yaşadığını, hələ də həyat yoldaşı və 4 yaşlı oğlu ilə danışa bilmədiyini deyib.

Rameş BBC-yə açıqlamasında yaşadığı travmanı belə təsvir edib: “Qəzadan sonra hər şey çox çətinləşdi – həm fiziki, həm zehni baxımdan. Ailəm üçün də elədir. Anam dörd aydır hər gün qapının qarşısında oturur, heç kimlə danışmır. Mən də heç kimlə danışmaq istəmirəm. Hər gecə düşünürəm. Ağlımdan çıxmır. Əzab çəkirəm.

Təyyarə qəzasından necə xilas olub?

Qəzanın dərhal ardından çəkilən görüntülərdə alov içindəki “Boeing 787” təyyarəsinin qalıqlarından Rameşin təkbaşına yeriyərək uzaqlaşdığı görünmüşdü. O, özünü oturacağından açaraq təyyarənin gövdəsindəki bir yarıqdan sürünərək bayıra çıxdığını söyləmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu