Alp dağlarında qar uçqunu nəticəsində 5 nəfər ölüb
İtaliyanın şimalındakı Alp dağlarında baş verən qar uçqunu nəticəsində 5 nəfərin öldüyü bildirilib.
İtaliyanın ANSA agentliyinin məlumatına görə, ölkənin şimalında yerləşən Alto Adige bölgəsindən keçən Alp dağlarının Ortles hissəsində dünən axşam saatlarında qar uçqunu baş verib.
Uçqun zamanı dağda olan alman xizəkçilər qrupunun hadisədən zərər gördüyü və ilkin mərhələdə 3 nəfərin öldüyü qeyd olunub.
Bu səhər saatlarında uçqun baş verən yamacda yenidən başladılan axtarış-xilasetmə işləri nəticəsində daha 2 nəfərin cəsədi tapılıb və hadisədə ölənlərin ümumi sayı 5 nəfərə çatıb.




