Trampdan Çinlə bağlı maraqlı etiraf


Vaşinqton Çini günahlandırdığı bir sıra hərəkətləri özü də həyata keçirir.

AFN.az xəbər verir ki, bunu "CBS News" telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp etiraf edib. Jurnalist Trampa Çinin ABŞ-ın su və enerji təchizatı şəbəkələrinə müdaxilə etməsi, eləcə də Amerika intellektual mülkiyyətini və vətəndaşların şəxsi məlumatlarını oğurladığı barədə sual verib.

“Biz də onlar üçün (Çin üçün – red.) eyni dərəcədə təhlükə yaradırıq. Sadalananların çoxunu biz də onlara qarşı edirik,” – deyə Tramp cavab verib.

O, həmçinin əlavə edib ki, Çin kimi ABŞ da uzunmüddətli oyun oynayır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu