“Saray Plaza”da ölüm


Paytaxtın Nərimanov rayonunda yerləşən ofis binalarının birində ölüm hadisəsi baş verib.

AFN.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dünən saat 19 radələrində Əhməd Rəcəbli küçəsi 62-də yerləşən “Saray Plaza”da gözətçi işləyən 1962-ci il təvəllüdlü Rəhim Əliyev qəfil vəfat edib.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu