Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoyubmuş - VİDEO


Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 ay əvvəl itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.

Qafqazinfo”nun məlumatına görə, mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb.

Nəticədə hadisənin üstü açılıb. Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə hələlik dəqiq məlum deyil.

Mərhumun əmisi oğlu bildirib ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub.

Qonşular isə bildiriblər ki, ailədə hər hansı problem yaşandığının şahidi olmayıblar. Samir Əliyev də ərazidə hörmətli şəxs kimi tanınıb.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Ətraflı: “Xəzər Xəbər”in videomaterialında






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu