Yaponiya tarixində ilk qadın baş nazir seçilib
Yaponiya parlamenti Sanae Takaiçini ölkənin tarixində ilk qadın baş nazir olaraq təsdiqləyib. 465 yerlik aşağı palatada keçirilən səsvermədə Takaiçi 237 səslə çoxluğu əldə edib. Yuxarı palatanın da qərarı təsdiqləməsindən sonra o, gün ərzində and içərək vəzifəsinin icrasına başlayacaq.
Japan Times qəzetinin məlumatına görə, parlamentin bugünkü iclasında yeni baş nazirin seçilməsi ilə bağlı səsvermə keçirilib. Hakim Liberal Demokrat Partiyanın (LDP) bu ay keçirilən liderlik seçkilərində qalib gələn Takaiçi rəqibi Konstitusion Demokrat Partiyanın (CDP) lideri Yoşihiko Nodanın 149 səsinə qarşı 237 səs toplayaraq qalib gəlib. Bununla da o, Yaponiyanın ilk qadın baş naziri adını qazanıb.

