Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub


Bank Olmayan Kredit Təşkilatı “Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dövlətə külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun məbləği 371 995,4 AZN-dir.

Bu səbəbdən, şirkətin qanuni təmsilçisi Hüseynov Nahid Şahin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qeyd edək ki, 2012-ci ildə yaradılan, nizamnamə kapitalı 1 milyon manat olan “Embafinans” QSC-nin əsas payçılarından biri Milli Məclisin deputatı Məşhur Məmmədovdur.

2021-ci ildə deputat “Embafinans”ın səhmdarları Elşad Abbasov (60%) və Milli Məclisin 6-cı çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar. Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payı 51%-ə, Məşhur Məmmədovun payı isə 35%-ə düşüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu