Lukaşenko: ABŞ-la böyük sövdələşməyə hazıram
Minsk Vaşinqtonla “böyük sövdələşmə” bağlamağa hazırdır və onun təkliflərini gözləyir.
AFN.az "BelTA"ya istinadən xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko qlobal beynəlxalq vəziyyət və Belarus-Amerika münasibətlərinin inkişafı ilə bağlı keçirilən görüşdə bildirib.
O qeyd edib ki, ölkə Amerikanın qlobal təkliflərini gözləyəcək. Lukaşenko ölkənin ABŞ-la belə böyük sövdələşməyə hazır olduğunu bəyan edib, bir tərəfdən Amerikanın sualları, xahişləri və tələblərinin, digər tərəfdən isə Belarusun sual və tələblərinin olacağını qeyd edib. Belarus lideri bildirib ki, ABŞ prezidenti Donald Trampın bununla bağlı təşəbbüslərini tamamilə normal hesab edir. Lukaşenkonun sözlərinə görə, respublikaların maraqları nəzərə alınmalı və ölkə vaxtilə amerikalılarla danışıqlar apardığı kimi hər şey ədalətli olmalıdır.

