G7 maliyyə nazirləri 15 oktyabrda Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
G7 maliyyə nazirləri Rusiyaya sanksiyaların gücləndirilməsini və Ukraynaya yardım paketini müzakirə edəcək
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, G7 ölkələrinin maliyyə nazirləri 15 oktyabrda ABŞ paytaxtında keçiriləcək Beynəlxalq Valyuta Fondu və Dünya Bankının payız sessiyası çərçivəsində Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya yardım planlarını müzakirə edəcəklər.
Britaniyanın maliyyə naziri Reyçel Rivs G7 və Avropa İttifaqının birgə səylərlə Rusiyanın enerji satışından gəlirlərini azaltmasını və xarici aktivlərə çıxışını məhdudlaşdırmasını təklif edib.
Eyni zamanda, Avropa Komissiyası Rusiyadan əldə olunan vəsait hesabına Ukraynaya 140 milyard avroluq “reparasiya krediti” ayırmaq planını gündəmə gətirib.



