İsrail-HƏMAS sazişi Misirdə imzalanacaq
İsrail ilə HƏMAS arasında sülh planının imzalanması Misirdə baş tutacaq.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb. O bildirib ki, bunun üçün Misirə səfər edəcək.
Qeyd edək ki, bir gün əvvəl Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsi ilə bağlı razılıq əldə etdiklərini açıqlayıb. Onun sözlərinə görə, bu mərhələ bütün girovların tezliklə azad edilməsini və İsrail qoşunlarının Qəzza zolağının daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.
Netanyahu dərhal Trampa zəng edib, vasitəçiliyinə görə təşəkkür edib, onu İsrailə dəvət edib və tezliklə sülh planının birinci fazası üzrə razılaşmaları təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını keçirəcəyini bəyan edib.

