Britaniyada mühacir etirazları Avropada millətçiliyin yüksəldiyini göstərir - KİV
Həftə sonu Britaniyada keçirilən anti-immiqrant etirazları təkcə Avropada millətçiliyin yüksəlişini deyil, həm də ABŞ prezidenti Donald Trampın MAGA (Amerikanı yenidən möhtəşəm edin) üslubu siyasətlərinin populyarlığını göstərdi.
AFN.az xəbər verir ki, bu barədə "The Washington Post” qəzeti yazıb.
"Həftəsonu Britaniya paytaxtının mərkəzində rekord sayda on minlərlə antimiqrant etirazçı yürüş keçirərək, bütün Avropada millətçi əhval-ruhiyyənin gücünü və MAGA tipli siyasətlərin artan cəlbediciliyini nümayiş etdirdi". WP bu tədbirin ölkə tarixində ən böyük ifrat sağçı etiraz olduğunu yazır və qəzetin 110 min nəfər hesab etdiyi iştirakçıların gözlənilməz şəkildə yüksək fəallığını qeyd edir. Nəşr qeyd edib ki, hələ 2010-cu illərdə Böyük Britaniyada analoji etiraz aksiyaları yüzlərlə, hətta minlərlə insanı cəlb edirdi.
WP anti-immiqrasiya etirazlarının böyüməsini Britaniya hakimiyyətinin miqrasiya siyasəti ilə deyil, Trampın MAGA hərəkatının artan populyarlığı və qəzetin yazdığına görə, Avropada ifrat sağçı dəstəkləyən İlon Maskın müdaxiləsi ilə əlaqələndirir. Nəşr xüsusilə xatırladıb ki, Mask Londonda nümayişçilərə videobağlantı vasitəsilə müraciət edib və mitinqin təşkilatçısı Tommi Robinsonu dəstəkləyib.

