Nepalda sabitliyin tezliklə bərpasına ümid edirik - Çin XİN
Çin daxili siyasi məsələlərin tezliklə həllinə və Nepalda vəziyyətin sabitləşməsinə ümid edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
"Çin və Nepal ənənəvi dost qonşu ölkələrdir. Çin ümid edir ki, Nepalda cəmiyyətin bütün təbəqələrinin nümayəndələri daxili məsələləri düzgün həll edə biləcəklər və orada ictimai asayiş və milli təhlükəsizlik vəziyyəti yaxın gələcəkdə sabitləşəcək", - deyə o bildirib.

