Dəvətsiz getdikləri toyda 60 min dollar oğurlayan 2 erməni saxlanıldı


ABŞ-ın Kaliforniya ştatında dəvət olunmadıqları bir toya gedərək 60 min dollar və çekləri oğurlayan 2 nəfərin saxlanıldığı bildirilib.

NBC News-un Qlendeil polisinin açıqlamasına istinadən verdiyi xəbərə görə, Armean ŞirehjiniAndranik Avetisyan adlı iki şəxs 31 avqustda Los-Ancelesin Qlendeil bölgəsində yerləşən bir toy salonuna dəvətsiz daxil olub.

Açıqlamada qeyd olunub ki, şübhəlilərdən biri toy mərasimi zamanı cütlüyə hədiyyə edilən təxminən 60 min dollar və çeklərin yerləşdirildiyi qutunu götürərək qaçıb, digəri isə çöldə gözləyən avtomobillə qaçışa yardım edib.

Məlumata görə, təhlükəsizlik kamerası görüntüləri əsasında müəyyən edilən şübhəlilər Los-Anceles mərkəzində saxlanılıb. Onların evlərində aparılan axtarış zamanı çoxlu sayda silah, narkotik maddə və oğurlanmış çeklər tapılıb.

Açıqlamada həmçinin bildirilib ki, oğurluq, narkotik satışı və qanunsuz silah saxlama ittihamları ilə həbs olunan şübhəlilər yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaqlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu