İndoneziyada helikopterlə əlaqə kəsilib
İndoneziyanın Cənubi Kalimantan əyalətindən havaya qalxan və heyət daxil olmaqla 8 nəfəri daşıyan helikopterlə uçuşdan 8 dəqiqə sonra əlaqə kəsilib.
Helikopter Kotabaru bölgəsindəki hava limanından qalxıb və Orta Kalimantan əyalətinin Payanqaraya şəhərinə getməsi planlaşdırılırdı. Lakin qalxdıqdan qısa müddət sonra hava nəzarət mərkəzi ilə rabitə itib.
İlkin məlumatlara görə, əlaqənin kəsilməsi Cənubi Kalimantan əyalətindəki meşəlik ərazidə baş verib.
Rəsmi şəxslər bölgəyə hava və quru yolları ilə axtarış-xilasetmə qruplarının göndərildiyini açıqlayıblar. Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib.



