ABŞ Rusiya, Çin və Şimali Koreyadan olan 4 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib
Birləşmiş Ştatlar Rusiya, Çin və Şimali Koreyadan iki şəxs və iki şirkəti sanksiya siyahısına əlavə edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin Şimali Koreya hökuməti tərəfindən təşkil edilən informasiya texnologiyaları fırıldaqçılığı sxemində iştirak etməsidir. Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.
Sənədə əsasən, sanksiyalara Rusiya vətəndaşı Vitali Sergeyeviç Andreyev, KXDR vətəndaşı Kim Un Sun, həmçinin Pxenyan və Şenyanda (Çin) yerləşən "Korea Sinjin Trading Corporation" və "Shenyang Geumpungri Network Technology" şirkətləri daxildir.
"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şimali Koreya hökuməti tərəfindən təşkil edilmiş informasiya texnologiyaları (İT) mütəxəssislərinin cəlb olunduğu saxtakarlıq sxemindəki rollarına görə bu şəxslərə sanksiya tətbiq edib", - deyə açıqlamada bildirilir.




