İngiltərənin Vayt adasında helikopter tarlaya düşdü


İngiltərənin cənubundakı Vayt adasında bir helikopterin tarlaya düşməsi nəticəsində hadisə yerinə çoxlu sayda təcili yardım briqadası göndərilib.

Hempşir və Vayt Adası Polis İdarəsinin yazılı açıqlamasında bildirilib ki, Şanklin yolu üzərində baş verən qəza ilə bağlı edilən müraciət əsasında polis əməkdaşları yerli vaxtla saat 09:24-də əraziyə çağırılıb.

Açıqlamada helikopterdə neçə nəfərin olduğu və ya yaralananların olub-olmadığının hələ dəqiq bilinmədiyi qeyd olunub.

Bundan başqa, polisin hadisə yerində çox sayda təcili yardım maşınının olduğunu bildirərək yolu nəqliyyatın hərəkətinə bağladığı və vətəndaşlardan həmin ərazidən uzaq durmalarını xahiş etdiyi vurğulanıb.

Rayondakı Hava Təcili Yardım Xidmətinin açıqlamasına görə, bir həkim və ixtisaslaşmış tibb işçisindən ibarət reanimasiya qrupu təcili yardım əməkdaşları ilə birlikdə hadisəyə müdaxilə edib.

Ölkə mediasında yayılan xəbərlərə əsasən, Vayt adasında qəzanın şahidlərindən biri – Ley Qoldsmis bildirib ki, helikopter yerə çırpılmadan əvvəl fırlanaraq spiral hərəkətlər edib və daha sonra kolluqlara çırpılıb.

Qoldsmis həmçinin helikopterdə 4 nəfərin olduğunu düşündüyünü və hava yastıqlarının açıldığını iddia edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu