FTB Trampın keçmiş milli təhlükəsizlik müşaviri Boltonun evində axtarış aparır - KİV
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Merilend ştatının Bethesda şəhərindəki evində axtarış aparır.
AFN.az xəbər verir ki, bu barədə "New York Post" qəzetinə Ağ Evin adının açıqlanmayan nümayəndəsi bildirib.
Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, istintaq məxfi sənədlərə aiddir və bir neçə il əvvəl başlayıb, lakin ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası onu siyasi səbəblərə görə dayandırıb. Axtarışlarla bağlı məlumatı "Reuters" agentliyi də təsdiqləyib.
FTB direktoru Cash Patel Trampın keçmiş milli təhlükəsizlik müşavirinin evində axtarışlar barədə xəbərlərdən sonra yazıb: "Heç kim qanundan üstün deyil. FTB agentləri öz işlərini görür".
2020-ci ildə Bolton Ağ Evdəki işi ilə bağlı xatirələrini dərc edərkən dövlət sirlərini ehtiva edən məlumatları açıqlamaqda günahlandırılıb.


