Federasiya rəhbərinin idmançı oğlu faciəvi şəkildə öldü


Azərbaycanlı idmançı Toğrul İbrahimli Ukraynada faciəvi şəkildə ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Gənc kempo-karate ustası yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirib.

Qeyd edək ki, Toğrul İbrahimli Azərbaycan Kempo Federasiyasının rəhbəri, üçqat dünya çempionu Rauf İbrahimovun oğludur.

Fotoda Rauf İbrahimov






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu