Ağdərədəki yanğın zamanı mina partladı, xəsarət alan var

Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzi-nə aparılması nəzərdə tutulur.
Hazırda yanğının söndürülməsi işləri davam edir.