BDU-da fəlsəfə üzrə doktorant olmaq istəyənlərin nəzərinə!


Bakı Dövlət Universiteti "Fəlsəfə" fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçılara müraciət edib.

AFN.az xəbər verir ki, müraciətdə deyilir:

2025-ci ilin 2-4 sentyabr tarixlərində Bakı Dövlət Universiteti (BDU), Elm və Təhsil Nazirliyinin (ETN) müxtəlif institutlarının doktoranturasına qəbul üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamış və beynəlxalq dil sertifikatı təsdiqlənmiş iddiaçılar üçün "Fəlsəfə" fənnindən imtahanlar təşkil olunacaq. İmtahanlar BDU-nun 2 nömrəli tədris binasının 305 və 309 nömrəli auditoriyalarında keçiriləcək.

Ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.

Qeyd: İddiaçılardan imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etmələri tələb olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu