ABŞ-da yanğın faciəsi - 4-ü uşaq olmaqla 6 nəfər həlak oldu

ABŞ-ın Merilend ştatında bir evdə baş verən yanğında 4-ü uşaq olmaqla 6 nəfər həlak olub.
Məlumata görə, Merilend ştatının Baltimor şəhəri yaxınlığındakı evdə baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər həyatını itirib.
Rəsmi şəxslər bildiriblər ki, yanğının söndürülməsi üçün cəlb olunan təxminən 70 yanğınsöndürən alovu bir saatdan çox müddətdə nəzarət altına ala bilib.
Hadisənin səbəbi ilə bağlı araşdırmaya başlanılıb.