İran yeni ABŞ-İsrail təcavüzünə qəti şəkildə cavab verəcək - Əraqçi


İran yeni ABŞ-İsrail təcavüzünə qəti şəkildə cavab verəcək və bu cavabın nəticələrini gizlətmək mümkün olmayacaq.



AFN.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bəyan edib.



“İran, həm bizə, həm də rəqiblərimizə qarşı edilən son amerikalı-İsrail təcavüzü zamanı nələrin baş verdiyini dəqiq bilir. Zərbələrin miqyası hələ də gizlədilir. Əgər bu təcavüz təkrarlanarsa, biz tərəddüdsüz daha qətiyyətli cavab verəcəyik və bu dəfə nəticələr gizlədilə bilməyəcək”, – deyə o, “X” platformasında yazıb.



İranın xarici işlər nazirinin sözlərinə görə, 12 günlük müharibə zamanı ABŞ və İsrail İranın nüvə infrastrukturuna zərər yetirə bilib, lakin Tehranı uranın zənginləşdirilməsindən çəkindirmək mümkün olmayıb. “Böyük insan əməyi ilə yaradılan texnologiyalar və biliklər bombalanma ilə məhv edilə bilməz”, – deyə Araqçi əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu