"Samsung" və "Tesla" arasında 16.5 milyard dollarlıq müqavilə


Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" üçün mikroelektronika istehsalına dair uzunmüddətli müqavilə imzalayıb.



AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.



Agentliyin məlumatına görə, müqavilənin dəyəri 16,5 milyard dollardır və 2033-cü ilin sonuna qədər qüvvədə olması planlaşdırılır.



Bildirilir ki, "Tesla" ilə yeni müqavilə "Samsung"un mikroçip istehsalı bazarında mövqeyini itirməsi fonunda imzalanıb. Şirkət məhsullarına yüksək tələbat səbəbindən bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməyən Tayvanın TSMC-dən fərqli olaraq, mikroelektronika istehsal gücündən tam istifadə etmək üçün hazırda kifayət qədər sifarişlər almır.



Hər iki çip istehsalçısı 2 nanometrlik çiplərin istehsalına keçməyə hazırlaşır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu