Trampa etiraz edən sərnişin Britaniyada saxlanıldı

Böyük Britaniyada Trampın siyasətindən narazı olan təyyarə sərnişini partlayışla hədələdiyi üçün saxlanılıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, insident “EasyJet” aviaşirkətinə məxsus Luton–Qlazqo reysində baş verib. Şahidlərin sözlərinə görə, sərnişin tualetdən çıxaraq “Allahu Əkbər” deyə qışqırıb, ardınca “məndə bomba var” və “Trampa siqnal göndərmək istəyirəm” deyə bildirib.
Digər sərnişinlər onu yerə yıxaraq zərərsizləşdiriblər. Stüardessalar onun baqajını yoxlayıblar, lakin şübhəli heç nə aşkarlanmayıb.
İlkin məlumatlara görə, saxlanılan şəxs Hindistan vətəndaşıdır və Britaniyada qaçqın statusunda yaşayır. Təyyarə planlaşdırıldığı kimi Glazqoya enib və həmin şəxs orada polis tərəfindən saxlanılıb.