Zelenskinin antikorrupsiya siyasəti Qərbdə narahatlıq doğurur

Ukrayna prezidenti Vladimir Zelenskinin antikorrupsiya qurumlarını sıxışdırması onun Qərb müttəfiqləri qarşısında imicinə mənfi təsir göstərib.
AFN.az xəbər verir ki, bu fikir "The New York Times" (NYT) qəzetində dərc olunan məqalədə yer alıb.
Qəzet yazır ki, Zelenskinin korrupsiyaya qarşı mübarizəyə yanaşması Ukraynada hökumət əleyhinə etirazlarla qarşılanıb və bu, Kiyevin Avropa İttifaqından alacağı maliyyə yardımının bir hissəsinə başa gələ bilər. Məqalədə xatırladılır ki, Aİ daha əvvəl Ukraynaya ayrılması nəzərdə tutulan 4,5 milyard avroluq yardımın 1,5 milyard avro azaldılmasına qərar verib.
Müəlliflərin fikrincə, bu addım çox güman ki, Zelenski hökumətini belə daxili siyasətdən çəkinməsi üçün xəbərdarlıq məqsədi daşıyır. "Eyni zamanda, Aİ-nin bu qərarı Zelenskinin Qərbin gözündəki imicinin solmağa başlayıb-başlamadığını düşünməyə əsas verir” - deyə məqalədə qeyd edilir.