Xocalıda qətlə yetirilən 5 yaşlı qızın məzarı açıldı

Şəhidlər xiyabanında Xocalıda qətlə yetirilən və kimliyi bilinməyən 5 yaşlı qızın məzarı açılıb.
AFN.az xəbər verir ki, bununla bağlı AZTV süjet hazırlayıb.
Bildirilib ki, aidiyyəti qurumlar qətlə yetirilən həmin qızın kimliyini müəyyən etmək məqsədilə araşdırmalar aparır.
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal edilən insan qalıqları çıxarılıb və 59 nəfərin kimliyi müəyyən edilərək dəfn olunub.
Lakin itkin kimi qeydə alınan 4 000 nəfərin taleyi hələ də naməlum olaraq qalır.