Şahin Şıxlinskinin oğlu barəsində həbs qərarı verildi

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.
Məlumata görə, M.Şıxlinski “dövlət məmuruna qarşı zorakılıq” işi üzrə ittiham edildiyinə görə sentyabrın 14-dək istintaq təcridxanasına göndərilib.
Hakim Aleksandr Suslovun sədrliyi ilə keçirilən proses qapalı keçirilib.
Qeyd edilib ki, Mutvalı Şıxlinskinin vəkil statusu olduğu üçün onun barəsində cinayət təqibi yalnız yerli İstintaq Komitəsinin rəhbərinin sanksiyası və nəzarət edən prokurorun razılığı ilə mümkündür.
Əlavə edək ki, verilən qərar tam qüvvəyə minməyib. Bununla bağlı apellyasiya şikayət verilə bilər.