Polis sahilyanı əraziləri çirkləndirən 20 nəfər barədə tədbir görüb


Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti daha da gücləndirib.



AFN.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.



Bildirilib ki, polis tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsiXəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir:



“Sahilboyu ərazilərdə keçirilən növbəti tədbirlər zamanı Xətai rayonunda 13, QaradağSuraxanı rayonlarının hər birində 2, Binəqədi rayonunda isə 3 nəfərin məişət tullantılarını tutumlarından (urnalardan) kənar yerlərə atması müəyyən edilib və ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu