Sabirabadda kişi həyat yoldaşı tərəfindən döyülüb


Sabirabadda 37 yaşlı kişiyə xəsarət yetirilib.



DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad şəhər sakini, 1988-ci il təvəllüdlü M. Musayev dünən saat 21 radələrində DİN-in “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək, həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.



Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.



Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu