Sumqayıtda küçədə öldürülən kişinin kürəkəni saxlandı


Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

AFN.az Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.

Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu