Meksikada bələdiyyə başçısı timsahla evləndi


Meksikanın San-Pedro-Uamelula şəhərində bələdiyyə başçısı dişi kayman – kiçik timsahla rəmzi nikaha daxil olub. Bu barədə Reuters agentliyi məlumat yayıb.



Şəhər rəhbəri Daniel Qutyerres sakinlərin “kiçik şahzadə” adlandırdığı sürünənlə evlilik mərasimi keçirib. Mərasimdən əvvəl ağ gəlinlik geyindirilmiş dişi kaymanı küçələrdə gəzdiriblər. Sakinlər heyvanı evlərinə aparıb, musiqi sədaları altında rəqs ediblər. Ayinin kulminasiya nöqtəsi isə öpüş olub.



Bayram üç gün davam edib. “Bu bizim üçün rituallaşmış bir adətdir. Biz bu mərasimlə ana təbiətdən və yaradanımızdan bolluq arzulayırıq,” – deyə bayram iştirakçılarından biri bildirib.



Yerli inanclara görə, sürünən ana torpağı təmsil edən bir tanrı sayılır, onun “tayfa başçısı” ilə evliliyi isə tanrılar aləmi ilə insanlar dünyasının birləşməsini simvolizə edir.



Bələdiyyə başçılarının sürünənlərlə evlənməsi ənənəsi ən azı 18-ci əsrə gedib çıxır. Lakin bu ənənənin yerli Mərkəzi Amerika əhalisinin avropalılarla qarşılaşmasından daha əvvəlki dövrlərə gedib çıxdığı güman edilir.



Qeyd edək ki, 2017-ci ildə San-Pedro-Uamelulanın əvvəlki bələdiyyə başçısı da dişi timsahla evlənmişdi. Həmin mərasimdə də sürünənə ağ gəlinlik geyindirilib və o, xristian ayinlərinə uyğun olaraq vəftiz olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu