Abşeronda sabiq icra başçısının qızı ilə 109 min manatlıq müqavilə bağlandı

Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi fərdi sahibkar Gülməmmədova Vüsalə Yolçu qızı ilə satınalma müqaviləsi imzalayıb.
AFN.az Reportyor.info-ya istinadən xəbər verir ki, müqavilədə ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Sənədə əsasən, satınalmanın maliyyə dəyəri 109 477,44 manat təşkil edir. Lakin icarəyə götürülən ofisin sahəsi və müddəti barədə heç bir məlumat açıqlanmayıb.
Müqavilə birmənbə üsuluilə həyata keçirilən satınalma proseduru nəticəsində bağlanıb.
Qeyd edək ki, Vüsalə Gülməmmədova Abşeron rayonunun keçmiş icra başçısı İradə Gülməmmədovanınqızıdır. İradə Gülməmmədova 2015–2022-ci illərdə bu vəzifəni icra edib.