Mingəçevirdə zavodda fəhləni tok vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.
Bədbəxt hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux küçəsində yerləşən fəaliyyəti dayandırılmış “Rezin Məmulatları Zavodun”da qeydə alınıb.
Zavodda tender əsasında dəmir məmulatlarını doğrayan “Siklon Ticarət, Söküntü və Daşınma Servis” MMC şirkətində fəhlə işləyən Goranboy rayon sakini, 1991-ci il təvəllüdlü Samir Səlman oğlu Nəbiyev iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.