Avro 4 ildən sonra ilk dəfə 2 manatı keçdi


Dünya valyuta bazarlarında dolların avro qarşısında dəyər itirməsi Azərbaycanda da təsirsiz qalmayıb.



AFN.az xəbər verir ki, Mərkəzi Bank bu gün üçün avronun rəsmi məzənnəsini 2,0035 manat səviyyəsində elan edib. Bu, son 4 il ərzində avronun ilk dəfə 2 manat həddini keçməsi ilə yadda qalıb.



Qeyd edək ki, Azərbaycanda dolların məzənnəsi sabit saxlanılsa da, digər xarici valyutaların kursu qlobal birjalardakı dalğalanmalara uyğun olaraq tənzimlənir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu