İranda daha bir nüvə alimi öldü


İsrailin İrandakı hücumları zamanı Süleyman Süleymani adlı bir alim ölüb.

Tehrandakı İran Elmlər və Texnologiya Universitetindən verilən açıqlamada İsrailin bir neçə gün öncə həyata keçirdiyi hücumlarda universitetdə çalışan bir alimin öldüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, universitetin Kimya Mühəndisliyi fakültəsinin məzunu, ölkənin nüvə alimi mühəndis Süleyman Süleymani İsrailin hücumları nəticəsində ölüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu