Pakistanda güclü yağış və tufan nəticəsində 10 nəfər həyatını itirib


Pakistanın Pensəb əyalətində güclü yağış və tufan səbəbindən 10 nəfər həyatını itirib.

Dawn qəzetinin xəbərinə görə, Pensəb xilasediciləri və fəlakət idarəetmə rəsmiləri əyalətdə davam edən güclü yağış və tufanla bağlı açıqlama veriblər.

Rəsmilər bildiriblər ki, davam edən şiddətli yağışlar nəticəsində 10 nəfər həyatını itirib.

Pakistan Regional Fəlakət İdarəsi (PDMA) baş direktoru İrfan Əli Kathia bildirib ki, yağışlar 1 iyuladək davam edəcək və vətəndaşlar lazımi tədbirlər görməlidirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu