ABŞ-ın İraqdakı Ayn əl-Əsəd bazasına hücum xəbərdarlığı edilib

İraqın qərbində yerləşən və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq alyans qüvvələrinin olduğu Ayn əl-Əsəd hərbi bazasına yaxın saatlarda zərbə endirilə biləcəyi barədə xəbərdarlıq səslənir.
AFN.az xəbər verir ki, bu barədə İraqın “Shafaq News” portalı məlumat yayıb.
Ənbar əyalətinin təhlükəsizlik qüvvələrindən əldə olunan məlumata görə, hazırda bazanın ərazisində nə hərbçi, nə də hərbi texnika mövcuddur. Portal qeyd edir ki, indiyədək bazaya heç bir atəş açılmayıb.
Hadisənin səbəbləri və gələcəkdəki inkişaflar barədə əlavə məlumatlar daxil olduqca ictimaiyyətə təqdim olunacaq.