NATO ÜDM-in 5 faizi ilə yeni hərbi plan qəbul edəcək

NATO sammitində ÜDM-in 5%-i həcmində xərclərə əsaslanan hərbi investisiya planı, eləcə də hərbi-sənaye kompleksinin genişləndirilməsi planı qəbul ediləcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Haaqada keçirilən NATO sammiti öncəsi mətbuat konfransında bildirib. Rutte qeyd edib ki, bu hərəkətlər Rusiya ilə qarşıdurma çərçivəsində həyata keçirilir.
“Sammitdə alyans üçün ÜDM-in 5%-i həcmində xərclərə əsaslanan yeni investisiya planı, hərbi istehsalın genişləndirilməsi planı qəbul ediləcək, həmçinin Ukraynaya dəstəyi təsdiq edəcək”, - Rutte bildirib.
"Hərbi investisiya planı, əlbəttə ki, məxfidir, amma deyə bilərəm ki, bu, bizim hava hücumundan müdafiə gücümüzü 5 dəfə artırmağı, döyüş meydanı üçün minlərlə tank və milyonlarla patron istehsal etməyi nəzərdə tutur. Hərbi istehsala gəlincə, biz konkret korporasiyalar üçün konkret sifarişlər elan edəcəyik".
Rutte Rusiyanı "alyans üçün əsas təhlükə" adlandırıb və onun 2030-cu ildə NATO-ya hücum etmək niyyətində olduğu tezisini təkrarlayıb. Eyni zamanda, hərbi blokun baş katibi bu bəyanatların nəyə əsaslandığını bir daha izah edə bilməyib.
Baş katib bildirib ki, NATO-nun 2014-cü il sammitindən fərqli olaraq, alyans ölkələri hərbi xərclərin artırılması ilə bağlı illik planlar imzalayacaqlar. "NATO onların icrasına ciddi nəzarət edəcək və 2029-cu ildə alyans hərbi xərclərin artırılmasının aralıq təhlilini aparacaq", - deyə o, qeyd edib.