Yaponiyanın baş naziri NATO sammitindən çıxmağı planlaşdırır

Yaponiyanın baş naziri Şiqeru İşiba əvvəllər getməyi planlaşdırdığı Haaqadakı NATO sammitindən geri çəkilmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən məlumat yayıb. Qərarın səbəbi açıqlanmayıb.
Bundan əvvəl Cənubi Koreya prezidenti Li Çje Myonq da sammitdə iştirakdan imtina etmişdi. Onun administrasiyası bunu “inauqurasiyadan sonra bir çox dövlət işi” ilə yanaşı, “Yaxın Şərqdə dəyişən vəziyyət”lə izah edib.
Son illərdə Yaponiyanın baş naziri mütəmadi olaraq Şimali Atlantika alyansı liderlərinin görüşlərində iştirak edib.