Tokio hökuməti Şimali Koreyanın “Yaponiya baş nazirinin səfəri mümkündür” mesajını diqqətlə izləyir


Yaponiya hökuməti bildirib ki, onlar Şimali Koreyanın Yaponiyanın baş naziri Kişida Fumionun Pxenyana səfərinin mümkün ola biləcəyi ilə bağlı bəyanatlarını diqqətlə izləyirlər.



Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa Tokioda keçirdiyi mətbuat konfransında Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonqun Yaponiyanın baş naziri ilə bağlı açıqlamasına toxunub.

Kimin açıqlamasına ətraflı cavab verməməyi üstün tutduğunu qeyd edən Hayaşi, bunun tutulan Yaponiya vətəndaşları problemi ilə bağlı danışıqlara mənfi təsir göstərə biləcəyini qeyd edb.

KCNA xəbərlərində Kim Yo-jong deyib ki, əgər Tokio məhbuslar məsələsini maneə törətməsə, Baş nazir Kişidanın səfəri baş tuta bilər.

Yaponiyanın baş naziri Kişida Şimali Koreya lideri Kimdən yanvarın əvvəlində Noto yarımadasında və onun sahillərində baş verən zəlzələlərlə bağlı xoşməramlı mesaj aldığını bildirib.

Şərqi Asiyada Yaponiya və Şimali Koreya arasında diplomatik əlaqələrin olmaması səbəbindən Yaponiyanın baş nazirinin Şimali Koreya liderindən mesaj alması nadir hal sayılır.

Kyodo agentliyi 17 yapon vətəndaşının Şimali Koreya tərəfindən saxlanıldığını, 5 nəfərin isə geri göndərildiyini bildirib. Şimali Koreya isə sözügedən yaponlardan 4-nün ölkəyə heç vaxt girmədiyini və onlardan 8-nin öldüyünü iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu