Vüsal Murtuzəliyevin vəziyyəti ilə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.



TƏBİB-dən bildirilib ki, iyunun 19-u saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.



Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib.



Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu