Almaniyanın yeni hökuməti İsrailə silah tədarükünü təsdiqləyib

Almaniyanın yeni hökuməti İsrailə silah tədarükünü təsdiqləyib
Fridrix Merzin kabineti hakimiyyətinin ilk beş həftəsində alman istehsalçılarına İsrailə təxminən 4 milyon avro dəyərində silah tədarük etmək səlahiyyəti verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İqtisadiyyat Nazirliyi Sol Partiyadan olan deputatın sorğusuna cavab olaraq açıqlama verib. Nazirliyin cavabında bildirilib ki, bunun hərbi silahlara aidiyyəti yoxdur.
Yeni hökumət ilk dəfə olaraq təsdiqlənmiş tədarüklərin həcmini açıqlayıb. "Die Welt" bildirir ki, 7 oktyabr 2023-cü ildən sonra Olaf Şolz hökuməti təxminən yarım milyard avro dəyərində tədarüklərə icazə verib. 2025-ci ilin birinci rübündə 28 milyon avro dəyərində tədarüklər sual altında idi.