G7 ABŞ-a görə Rusiyaya qarşı sərt bəyanat yaymadı

“Böyük yeddilik” (G7) sammitinə ev sahibliyi edən Kanada Kremlin başladığı müharibə ilə bağlı sərt birgə bəyanat yaymaqdan Vaşinqtona görə imtina edib.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ tərəfi birgə kommunikenin bəzi ifadələrindən narazı qalıb. Vaşinqtonda hesab edirlər ki, həmin ifadələr Moskva ilə atəşkəslə bağlı danışıqlar aparılmasına mane ola bilər. CBC-nin mənbələrinə görə, bu ifadələrin bəzilərini Kanada baş naziri Mark Karni öz fərdi bəyanatında istifadə etməyi planlaşdırır.
Bununla belə, G7 ölkələri bir sıra digər məsələlərlə bağlı – xüsusən də Yaxın Şərqdəki vəziyyət, süni intellekt, miqrasiya və strateji əhəmiyyətli mineral resurslarla bağlı birgə kommunikelər yayımlayıb.