Mahmud Əhmədinejatın öldürülməsi xəbəri təkzib edilri - YENİLƏNİB

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Report xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.
***
İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın Tehranda silahlı hücum nəticəsində öldürüldüyü iddia olunur.
AFN.az xəbər verir ki, bu barədə məlumatlar İran mətbuatında yayılıb. Bildirilir ki, sabiq dövlət başçısı paytaxt küçələrinin birində odlu silahla vurulub.
Lakin rəsmi mənbələr hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyib və yayılan məlumatlar rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, Mahmud Əhmədinejat 2005–2013-cü illərdə İran İslam Respublikasının prezidenti olub. O, sərt çıxışları və Qərbə qarşı kəskin mövqeyi ilə beynəlxalq arenada diqqət çəkib.