İsrail İranın nüvə obyektlərinə genişmiqyaslı hücumlara başlayıb

Netanyahu Ofisi: İsrail İran ərazisindəki əməliyyatı genişləndirir
İsrail Müdafiə Qüvvələri İran İslam Respublikasının ərazisində İranın nüvə proqramına qarşı həyata keçirilən hərbi əməliyyatın miqyasını genişləndirir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman məlumat verib.
"İran ərazisində Tehranın nüvə proqramına qarşı və İran rejiminin davam edən təcavüzünə cavab olaraq genişmiqyaslı əməliyyat genişləndirilir. Zərbələr ballistik raket buraxılış qurğuları, hərbi bazalar və strateji infrastruktur da daxil olmaqla onlarla əsas obyektə endirilir. Bütün bunlar dəqiq kəşfiyyat məlumatlarına əsaslanır", – deyə Hendelman Telegram kanalında yazıb.