Türkiyəli iş adamına məxsus taksi şirkətinin böyük vergi borcu aşkarlandı


"Star Publik Transport"un dövlət büdcəsinə 235 min manatdan çox borcu var



Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan "Star Publik Transport" şirkətinin külli miqdarda vergi borcu var.



AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hazırda şirkətin vergi borcu 235 217,28 manat təşkil edir.



"Star Publik Transport" şirkəti 2008-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Selim Evsendir.



Selim Evsen türkiyəli iş adamıdır. O, eyni zamanda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.



Bir neçə ay əvvəl Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edərək Selim Evsenin ölkədən çıxışına "stop" qoyulmasını xahiş etmişdi. İdarə bunun iş adamına məxsus "Star Publik Transport" şirkətinin vergi borcu ilə əsaslandırmışdı.



Məhkəmə də qurumun ərizəsini təmin etmişdi. Selim Evsenin üzərinə borcunu 5 gün müddətində ödəmək öhdəliyi qoyulmuşdu. Həmin vaxt şirkətin vergi borcu 270 min manatdan çox idi.



Ehtimal olunur ki, hazırkı borc elə həmin vaxtdan qalıb. Sadəcə müəyyən məbləğdə ödəniş olub. Başqa bir ehtimala görə isə indiki borc yenidir. Nəzərə alsaq ki, "Star Publik Transport” taksi şirkətidir, o zaman borcun yeni olduğunu düşünmək olar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu