İran: İsrail peşman olana qədər əməliyyatlara davam edəcəyik

İran Baş Qərargah Rəisinin sözçüsü Əbulfəzl Şikarçi bildirib ki, İsrail peşman olana qədər əməliyyatlara davam edəcəklər.
İran dövlət televiziyasına danışan sözçü Şikarçi, İsrailin İran üzərinə hücumu və İranın verdiyi cavab barədə açıqlama verib.
Şikarçi İranın ali dini rəhbəri Əli Xameneinin dünənki açıqlamasında İsraili peşman edəcəklərinə dair bildirişini xatırladaraq, “Günahkar sionist peşman olana qədər əməliyyatlara davam edəcəyik” deyib.