ABŞ-dan İrana mesaj: Qarşılıq verilsə, İsraili müdafiə edəcəyik


İsrail mediası Tehrana İranın gecə hava hücumuna cavab verəcəyi təqdirdə ABŞ-ın İsraili müdafiə edəcəyi mesajının verildiyini bildirib.



İsrailin Kanal 12 televiziyasına açıqlama verən Ağ Evdən yüksək vəzifəli bir səlahiyyətli "İsrail İranın hücumuna cavab verdi və bizim üçün bu, bu nöqtədə bitməlidir. İran cavab verərsə, İsraili müdafiə edəcəyik" deyib.

"Biz hazırıq və bunun nəticələri olacaq. Bu mesaj İrana da çatdırılıb", - deyə rəsmi vurğulayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu