İran İsrailin hücumuna mütənasib cavab verəcək


İranın İsrailin hücumlarına cavab verməyə hazır olduğu və mütənasib cavab verəcəyi açıqlanıb.



İranın "Tesnim" xəbər agentliyinin məlumatına görə, adı açıqlanmayan mənbə Tehranın İsrailin gecə saatlarında həyata keçirdiyi hava hücumuna cavab verəcəyini bildirib.

Mənbə "Daha əvvəl də qeyd etdiyimiz kimi, İran İsrailin hücumlarına cavab verməyə hazırdır. İran istənilən hücuma cavab vermək hüququnu özündə saxlayır. İsrailin hər hansı bir hərəkətinə lazımi cavab alacağına şübhə yoxdur" deyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu